İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya 1 milyondan çox haubitsa mərmisi verib

ABŞ Ukraynaya bir milyondan çox haubitsa mərmisi verib. Bu sursatlar Cozef Bayden administrasiyasının 18,2 milyard dollarlıq maliyyə yardımının bir hissəsidir.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin məlumatında deyilir.

Belə ki, Ukrayna tərəfi M777 haubitsaları üçün 903 min ədəd 155 mm-lik M795 mərmisi, RAAMS sistemi üçün 7 000 mərmi, 105 mm-lik toplar üçün 180 000 mərmi verib. Ümumilikdə, bu, çəkisi 50 min tondan çox olan 1,09 milyondan çox mərmi təşkil edir.

Bundan başqa, ABŞ Ukraynaya 1 400-dən çox “Stinger” zenit sistemi, 8 500-dən çox “Javelin” tank əleyhinə sistem, 37 000-dən çox digər tank əleyhinə sistemlər verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR