Onlayn ictimai-siyasi qəzet
ABŞ və Ukrayna arasında aparılan danışıqlar ciddi gərginliklə müşayiət olunub.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, tərəflər arasında yeraltı sərvətlərlə bağlı yeni saziş üzrə keçirilən görüşlər "son dərəcə qarşıdurmalı" mühitdə keçib.
Agentliyin istinad etdiyi mənbə bildirib ki, danışıqların ab-havası çox kəskin və qarşılıqlı ittihamlarla dolu olub: “Danışıqların atmosferi olduqca antaqonist idi”.
Xüsusi diqqət çəkən məqam isə ABŞ-ın yeni layihədə Ukraynanın tranzit qaz kəməri üzərində birbaşa nəzarət tələb etməsidir. Bu tələb Kiyev tərəfindən narazılıqla qarşılanıb və tərəflər arasında əlavə gərginlik yaradıb.
Sazişin detalları hələ açıqlanmasa da, ekspertlər bu cür yanaşmanın Ukraynanın enerji təhlükəsizliyi və müstəqilliyi baxımından ciddi risklər doğura biləcəyini bildirirlər. ABŞ tərəfi isə bu nəzarətin regional enerji təhlükəsizliyi üçün vacib olduğunu əsas gətirir.
Görünən odur ki, ABŞ-Ukrayna münasibətlərində enerji məsələləri fonunda yeni bir gərginlik mərhələsi başlayıb.
Musavat.com
14 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ