İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Türkiyəyə hücum edən terrorçulara BELƏ DƏSTƏK VERİR - ŞOK BƏYANAT

ABŞ-dan Türkiyənin terror hədəflərinə qarşı uğurla həyata keçirdiyi “Pəncə-Kılıç” əməliyyatı ilə bağlı qalmaqallı açıqlama gəlib.

Musavat.com bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet saytına istinadən xəbər verir.

ABŞ-dan QALMAQALLI BƏYANAT

photo_2022-11-20_02-12-20.jpg (14 KB)

Saytda dərc olunan yazılı mesajda deyilir: “Suriya və Türkiyədə mülki insanların həlak olması ilə bağlı səmimi başsağlığı verir, Suriyada dinc sakinləri qorumaq və İŞİD-i məğlub etmək məqsədilə ümumi hədəfi dəstəkləmək üçün gərginliyi azaltmağa çağırırıq. Biz İraqda İraqın suverenliyini pozan razılaşdırılmamış hərbi əməliyyatlara qarşı çıxmağa davam edirik”.

Yəni ABŞ terror hədəflərinə qarşı əməliyyatda həlak olanları "mülki" şəxs adlandırıb, Türkiyəyə edilən hücuma görə onlara başsağlığı verib.

Xatırladaq ki, Türkiyə Suriya və İraqın şimalında terrorçuların bazalarına qarşı "Pence kılıç" hava əməliyyatları keçirib. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, hava əməliyyatı PKK/KCK/YPG terrorçularının Türkiyəyə qarşı hücumlar üçün baza kimi istifadə etdiyi İraq və Suriyanın şimal bölgələrində həyata keçirilir. Diyarbəkir və Malatyadan havaya qalxan qırıcılara PUA-lar dəstək verir. Hücum nəticəsində terror təşkilatına böyük zərbə endirilib.

ƏRDOĞAN MEYDAN OXUDU

1669044295_erdogan_rusya.jpg (213 KB)

ABŞ Dövlət Departamentinin bu bəyanatından bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin son əməliyyatları ilə bağlı Amerika və Rusiya prezidentləri ilə danışmadığını açıqlayıb.

Türkiyə liderinin sözlərinə görə, Bayden və Putin artıq bilirlər ki, Türkiyə bu regionda istənilən vaxt belə əməliyyatlar keçirə bilər: "Həmişə deyirik ki, bir gecə qəfildən gələ bilərik. Biz icazə ilə çalışmırıq. Əgər bir addım atacağıqsa, ona özümüz qərar veririk və həmin addımı atırıq. ABŞ bu məsələlərdə bizi tanımalıdır və yəqin tanıyır. Bu yöndə necə qətiyyətlə və daha mühüm addımlar atacağımızı hami görəcək”.

Ərdoğan ABŞ-ın terror təşkilatlarına dəstək verməklə Türkiyəni çətin vəziyyətə saldığını bildirib.

ABŞ KOMANDANI YPG MƏRASİMİNDƏ 

WhatsApp Image 2022-11-22 at 13.31.16.jpeg (96 KB)

Bir neçə gün əvvəl isə ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin komandanı vəzifəsini icra edən Ceff Dennis Suriyada təlim keçdiyi PKK/YPG terrorçularının buraxılış mərasiminə qatılıb.

ABŞ komandiri mərasimdə çıxış edib və terrorçulara uğurlar arzulayıb: “Biz sizin uğurunuzla fəxr edirik. Bu səviyyəyə gəlmək üçün çətin bir məşq keçdiniz".

Nigar Cəfərli,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR