İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ təzyiqləri artırır, Avropa isə israrlıdır: Rusiyadan qaz idxal olunacaq

Avropa İttifaqı Rusiyadan mayeləşdirilmiş təbii qazı (LNG) idxal etməyə hazırdır.

Bunu Fransanın “TotalEnergies” neft-qaz şirkətinin rəhbəri Patrik Puyanne “Le Journal du dimanche” qəzetinə müsahibəsində deyib.

Puyanne qeyd edib ki, "Total"-ın Rusiya ilə iyirmi illik LNG tədarükü müqaviləsi var. "Yəni şirkət alqı-satqısını dayandırarsa, yenə də yanacağın pulunu ödəməli olacaq",- deyə o bildirib.

“Avropalılar Rusiya qazına qarşı sanksiyalar tətbiq etmək qərarına gələndə biz fors-major bəndinə müraciət edə və hasilatı dayandıra biləcəyik. İndi Avropa Birliyi ABŞ-ın təzyiqinə baxmayaraq, davam etməyimizi deyir”, - şirkət rəhbəri bildirib.

Onun sözlərinə görə, ötən il birlik ölkələri Rusiyadan 15 milyon ton LNG idxal edib.

Bəzi mənbələr bildirir ki, 2022-ci ilin sonunda Avropa Rusiyadan LNG idxalına görə Asiyanı ötüb./Teleqraf.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR