Onlayn ictimai-siyasi qəzet
“ABŞ Tayvana dəstəyini gücləndirməsə, müharibə başlaya bilər”.
Azpost.info xəbər verir ki, bunu ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem deyib.
“Qorxuram ki, çinlilər yaxın aylarda və ya həftələrdə Tayvanı blokadaya almağa hazırlaşacaqlar. ABŞ tədbir görməsə, müharibə olacaq”, – senator bildirib.
Senator ABŞ-ı regionda hərbi mövcudluğunu gücləndirməyə, Tayvana silah tədarükünü artırmağa çağırıb. O, həmçinin hesab edir ki, Tayvana F-16 qırıcıları göndərilməlidir.
L.Qrem Yaxın Şərqdən Çinə gələn bütün gəmilərin qarşısının alınmasını da təklif edib:”Çinə bildirmək lazımdır ki, Tayvanı bloklasanız, neft kəsiləcək”.
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ