İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ tarixində rekord göstərici - 886 milyard dollar...

ABŞ Senatı ölkənin 2024-cü il üçün 886 milyard dollarlıq hərbi büdcə layihəsini təsdiqləmək üçün səs verib.

Musavat.comReuters”ə istinadən xəbər verir ki, səsvermə zamanı Senatın 62 üzvü layihənin qəbulunun lehinə, 10 üzvü əleyhinə səs verib.

Layihə Nümayəndələr Palatasına təqdim edilib və bu həftə qərar qəbul ediləcək.

Bildirilib ki, qanun layihəsi 3 min səhifədən ibarətdir və ölkənin müdafiə ehtiyacları üçün yüksək vəsait ayırmağı təklif edir.

Məlumata görə, sənəddə nəzərdə tutulan hərbçilərin maaşları ABŞ tarixində rekord göstərici olacaq.

Qeyd edək ki, hər iki palatada səsvermədən sonra sənəd prezident Co Bayden tərəfindən imzalanacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR