Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın dövlət katibi Marko Rubio Taliban rəhbərlərinə qarşı sərt tədbirlər görməklə hədələyib.
Musavat.com xəbər verir ki, o, Talibanın daha çox amerikalı girov saxladığına dair məlumatlar aldığını açıqlayıb.
"Az öncə öyrəndim ki, Taliban əvvəl bildirildiyindən daha çox amerikalı girov saxlayır. Əgər bu məlumat doğrudursa, onların əsas rəhbərlərinin başına çox böyük mükafat təyin etməliyik. Bu məbləğ hətta Bin Laden üçün təyin edilən mükafatdan da böyük ola bilər," – deyə Rubio öz X hesabında yazıb.
Onun bu açıqlaması Talibanla bağlı gərginliyi artırıb və ABŞ-ın mümkün cavab addımları ilə bağlı geniş müzakirələrə səbəb olub.
Musavat.com
27 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ