İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ soyuqdan donur- Bayden isə GÖRÜN HARADADIR...

Milad bayramından bəri ABŞ-ın mərkəzi və şərq ştatlarını zəbt edən "canavar" qar fırtınası bölgədə, xüsusilə Nyu-York əyalətində təsirini davam etdirir.

Ölkədə insan itkisinin 65-i keçdiyi bildirilir, bir çox bölgələrdə hava və quru nəqliyyatı dayanıb. Nyu-York ştatında yollar qar səbəbindən bağlandığından minlərlə insan evlərində və maşınlarında qalıb. Avtomobillərində qar uçqunu altında qalan onlarla insan üçün xilasetmə işləri aparılıb, bir çoxu avtomobillərində donaraq və ya qazdan zəhərlənərək ölüb.

Musavat.com xəbər verir ki, ABŞ-ın qar fırtınası ilə mübarizə apardığı günlərdə prezident Co Baydenin Yeni ili qeyd etmək üçün orta temperaturun təxminən 28 dərəcə olduğu Karib bölgəsindəki Virgin adalarına səyahət etməsi tənqid edilib.

ABŞ lideri yanvarın 2-dək adalarda dincələcək. Respublikaçılar Partiyasına yaxın medianın yaydığı məlumata görə, Bayden 2024-cü il seçkilərində yenidən namizəd olub-olmayacağını bu tətildə dəyərləndirəcək.

Digər tərəfdən, Nyu-York meri Erik Adamsın da Karib dənizində tətildə olduğu ortaya çıxıb. Adams "Mənə tətil lazım idi" deyərək müdafiə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR