İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ siyasətçisi 50 milyon dolları yumaqda ittiham olunur

Venesuelanın sosialist hökuməti ilə 50 milyon dollarlıq konsultasiya müqaviləsi imzalayan keçmiş Mayami respublikaçı konqresmen David Rivera çirkli pulların yuyulması və qeydiyyat olmadan xarici hökuməti təmsil etmək ittihamı ilə həbs edilib.

Musavat.com xəbər verir ki, bu barədə Associated Press yazır.

2011-2013-cü illərdə bu vəzifədə olan Rivera Atlanta hava limanında həbs edilib. Səkkiz maddədən ibarət ittihamnamədə deyilir ki, o, Karakasın “sifarişi” ilə “ABŞ və Venesuela arasında daha yaxşı münasibətlərdən ötrü lobbiçilik etmək” üçün sui-qəsdin bir hissəsi olub. O, həmçinin ABŞ-ın Venesuelaya qarşı iqtisadi sanksiyalarının ləğvi üçün lobbiçilik etməli olub.

İddialara görə, siyasətçi bütün bunları xarici agent kimi qeydiyyatdan keçmədən edib. İttihamnamədə göstərilir ki, Rivera adları açıqlanmayan senatorlar, konqresmenlər və Ağ Ev rəsmiləri ilə bir sıra görüşlər təşkil edib. Yəqin ki, onlar Venesuela ətrafında olan məsələləri müzakirə ediblər.

Prokurorlar həmçinin iddia edirlər ki, 2017-ci ilin iyul ayında Rivera adı açıqlanmayan ABŞ senatoruna “Unutmayın ki, ABŞ danışıqlar yolu ilə həlli təkcə dəstəkləməklə kifayətlnməməlidir, yardım etməlidir” və “Qisas yoxdur, yalnız sülh” mesajı göndərərək, onun Karakasa işarə vurduğunu göstərir.

AP xatırladır ki, Riveranın Venesuelanın dövlət neft şirkətinin ABŞ-dakı törəmə müəssisəsindən böyük müqavilə alması üzə çıxdıqdan sonra ona təzyiqlər artıb. Müxalifət lideri Xuan Quaydonun 23 yanvar 2019-cu ildə özünü prezident səlahiyyətlərini icraçısı elan etməsindən sonra ABŞ-ın ölkə ilə münasibətləri kəskin şəkildə pisləşib. O, ABŞ və Avropa İttifaqının əksər üzvləri, eləcə də bir sıra digər ölkələr tərəfindən müvəqqəti dövlət başçısı kimi tanınıb. Prezident Nikolas Maduro hadisəni dövlət çevrilişinə cəhd adlandırıb, ona Rusiya, Belarus, İran, Çin və bir sıra digər dövlətlər dəstək verib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR