İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ şirkəti Ukraynadan hər PUA-ya görə cəmi 1 dollar istədi, lakin...


ABŞ-ın silah istehsalçısı “General Atomics” Ukraynaya Rusiyanın mümkün hücumundan qorunması üçün cəmi bir dollara iki ədəd  “Reaper MQ-9” döyüş təyyarəsi təklif edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Bununla belə, nəşrin qeyd etdiyi kimi, Ukrayna belə aşağı qiymətə pilotsuz təyyarələr əldə etməklə yanaşı, “Reaper MQ-9”ların döyüş əməliyyatları üçün hazırlanması və çatdırılması üçün 10 milyon dollar, eləcə də hər bir təyyarənin baxımı üçün təxminən 8 milyon dollar ödəməli olacaq.

Ukrayna hərbçiləri pilotsuz təyyarələrdən əlavə, bu PUA-lar üçün yerüstü idarəetmə stansiyası alacaqlar.

WSJ-nin məlumatına görə, “General Atomics”in baş direktoru Linden Blu belə bir təkliflə Ukraynanın Vaşinqtondakı hərbi attaşesinə müraciət edib. Qəzet qeyd edir ki, sövdələşməni təsdiq etməli olan Ağ Ev, eləcə də Ukrayna hakimiyyəti bu xəbərə şərh verməkdən boyun qaçırıblar.

“General Atomics”in sözçüsü Mark Brinklinin sözlərinə görə, şirkət konkret sövdələşmələri şərh etmir, lakin Ukraynanın “Reaper” kimi dronlara ehtiyacı olduğuna inanır. “General Atomics” şirkəti aylardır Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını Ukrayna hökuməti ilə müzakirə edir və onlara istənilən dəstəyi göstərməyə hazırdır”, - deyə şirkət sözçüsü bildirib.

Son bir il ərzində Birləşmiş Ştatlar Ukraynaya 700-dən çox kiçik dron, o cümlədən “Switchblade” taktiki dronları təqdim edib. Lakin “Reaper” daha geniş diapazona, sürətə və imkanlara malik mürəkkəb pilotsuz təyyarədir.

“Reaper”in qanadlarının uzunluğu təxminən 20 metrdir. Pilotsuz təyyarə 24 saatdan çox uçuşda ola və silah daşıya bilir. “General Atomics” Ukraynaya köhnə model “MQ-9A Blok 1” təklif edir. Verilən məlumata görə, belə dronlardan birinin qiyməti bir neçə milyon dollardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR