İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Səudiyyə Ərəbistanına 750 milyon dollardan artıq silah tədarük edəcək

ABŞ prezidenti Co Baydenin administrasiyası Səudiyyə Ərəbistanına silah satışına qoyulan qadağanı ləğv edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ yaxın aylarda Səudiyyə Ərəbistanına 750 milyon dollardan artıq silah tədarük edəcək. Bunlara tədarükü 2021-ci ildə dayandırılmış 3000 kiçik diametrli bomba və 7500 "Paveway IV" bombası daxildir.

Silahların təhvil verilməsi ilə Ağ Ev neftlə zəngin krallıqla əlaqələri möhkəmləndirmək və seçki öncəsi dividendlər qazanmağı hədəfləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR