İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirliyi Tiflisdə partlayış təhlükəsi elan etdi: Gürcüstan DTX bəyanat yaydı

ABŞ-ın Gürcüstandakı səfirliyi Tiflisdə üç ticarət mərkəzində mümkün partlayış təhlükəsi barədə xəbərdarlıq yayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatda söhbət East Point, Tbilisi Gallery və Tbilisi Mall ticarət mərkəzlərindən gedir.

Xəbərdarlıqda ABŞ Səfirliyinin əməkdaşlarına növbəti xəbərdarlığa qədər bu yerlərə baş çəkməkdən çəkinmələri tövsiyə olunur.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ABŞ səfirliyinin yaydığı məlumatla əlaqədar olaraq, Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrini Gürcüstanın müvafiq strukturlarının razılığı olmadan bəyanat yaymaqdan çəkinməyə çağıran bəyanat yayıb. Bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq bölmələri “daha bir yalan məlumat” üzərində işləyir: "Vətəndaşların təhlükəsizliyi xidmətin fəaliyyətinin əsas prioritetidir və xidmət öz səlahiyyətləri çərçivəsində bütün zəruri və təxirəsalınmaz tədbirləri həyata keçirir. Biz Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrini təhlükəsizliyə cavabdeh olan xidmətlərin fəaliyyətinə hörmətlə yanaşmağa, daha böyük məsuliyyət nümayiş etdirməyə və Dövlət Təhlükəsizlik Xidməti ilə, aidiyyəti qurumlarla razılaşdırılmamış bəyanatlar yaymaqdan çəkinməyə çağırırıq".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR