İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfiri Vaşinqton görüşünün sirrini açdı: Ermənilərə deyilib ki...

ABŞ-ın Ermənistandakı keçmiş diplomatları adətən fərqli mövqe nümayiş etdirirdilər. Yəni onlar daha çox Azərbaycana qarşı qərəzli bəyanatları ilə yaddaşlara həkk olunublar. Odur ki, xanım səfirin açıqlamasını tarixdə nadir hal kimi qeyd etmək yerinə düşər.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

"Səfir Ermənistanın siyasi elitasının eşitmək istədiyini və ya şəxsi fikrini deyil, təbii ki, ABŞ Dövlət Departamentinin qənaətini dilə gətirir. Bu açıqlamanı həm də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-ın təşkilatçılığı ilə Vaşinqtonda keçirilmiş üçtərəfli görüşünün nəticəsi kimi qəbul edə bilərik", - politoloq əlavə edib.

İ.Vəlizadə bildirib ki, Ermənistan rəsmi dairələrinin amerikalı səfirin fikirlərinə qarşı səssiz qalması, əslində onların da sülh tərəfdarı olmasına bir sübutdur:

"Ermənistan hakimiyyəti ziddiyyətli siyasət həyata keçirir. Onlar bir tərəfdən sülh istəyirlər. Çünki müharibə aparmaq üçün imkanları yoxdur, reallıqlarla barışıblar, ərazi bütövlüyümüzü tanıyırlar və s. Amma digər tərəfdən bizə şərtlər irəli sürürlər. Bu da, həm daxili təzyiqlər, həm də müəyyən kənar qüvvələrin (Rusiya, İran, Fransa, o cümlədən ABŞ-ın ermənipərəst siyasətçiləri) müdaxilələri ilə əlaqədardır.

Amma nə olur olsun, taleləri barədə özləri düşünməlidir. Konkret dərk etməlidirlər ki, əgər ermənilər Azərbaycanda yaşamaq istəyəcəklərsə, o zaman ölkəmizin vətəndaşlığını qəbul etməli olacaqlar. Belə olan halda isə Azərbaycanın digər vətəndaşları ilə birlikdə eyni hüquq və vəzifələri daşıyacaqlar. Yəni onlara hansısa bir xüsusi imtiyaz verilməyəcək".

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kvin Ermənistan İctimai Televiziyasına müsahibəsində Amerikanın, Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşamasını mümkün hesab etdiyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR