İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfiri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından DANIŞDI

ABŞ səfiri Örl Litzenberger Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən danışıb.

Musavat.com xəbər verir ki, səfir Örl Litzenberger Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı keçirilən tədbirdə bildirib ki, ABŞ normallaşma prosesini dəstəkləyir.

“Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistanın regional sabitlik, sülh və firavanlıq naminə sülh sazişinin əldə edilməsi istiqamətində səylərini qətiyyətlə dəstəkləyir. Biz bu prosesə kömək etməyə hazırıq”, - deyə səfir əlavə edib.

Örl Litzenberger qeyd edib ki, Cənubi Qafqazda müstəqillik və demokratiyanın ABŞ-dan böyük tərəfdarı yoxdur.

Səfir ölkəsinin və Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və investisiyaları genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə çalışdıqlarını əlavə edib:

“Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR