İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyaya qarşı kiberhücumları dayandırdı – Trampın sülh planının tərkib hissəsi…

ABŞ müdafiə naziri Pit Hegset Rusiyaya qarşı kiberhücumların dayandırılması barədə əmr verib.

Musavat.com xəbər verir ki, bu barədə bir neçə aparıcı ABŞ mediası mənbələrə istinadən məlumat yayıb.

Əmrə dair detallar açıqlanmasa da, jurnalistlər bunu Vaşinqton və Moskva arasında davam edən danışıqlarla və ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq cəhdləri ilə əlaqələndirirlər.

Bu addım ABŞ-ın Rusiya ilə münasibətləri sabitləşdirmək və mümkün sülh danışıqlarına yol açmaq üçün atdığı bir jest kimi qiymətləndirilir. Lakin bəzi ekspertlər bunun Ukraynanın təhlükəsizliyinə necə təsir edəcəyinə dair suallar doğurduğunu bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR