İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyaya görə TƏCİLİ HƏRƏKƏTƏ KEÇDİ - Bu bölgəyə qoşun yeritdi...

Sakit okean regionunda “Okean 2024” Rusiya-Çin strateji komanda-qərargah təlimləri fonunda ABŞ ordusu təcili surətdə silah və qoşunlarını Aleut adalarına (Alyaska) köçürüb.

Musavat.com xəbər verir ki, bu barədə “Business Insider” nəşri məlumat yayıb.

Bildirilir ki, göndərilən silahlar arasında “HIMARS” reaktiv yaylım atəşi sistemləri də var.

Məlumata görə, bu, ABŞ Ordusunun Sakit Okeanın bölmələrini xəbərdarlıq etmədən hətta ən ucqar yerlərə köçürmək qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyır.

Qeyd edək ki, “Okean-2024” təlimləri sentyabrın 10-da başlayıb. Daha əvvəl Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, admiral Aleksandr Moiseyev bildirib ki, 90 mindən çox hərbçi və 400-dən çox gəminin iştirak etdiyi “Okean-2024” strateji komanda-qərargah təlimlərinə müşahidəçi qismində xarici dövlətlərdən 32 nümayəndə dəvət olunub. O cümlədən Çin Xalq Azadlıq Ordusunun 3 gəmisi və 15 təyyarəsi də təlimlərdə iştirak edir. Çin Müdafiə Nazirliyi bildirib ki, Rusiya və Çin Hərbi Dəniz Qüvvələri sentyabrda Oxot və Yapon dənizində planlı təlimlər keçirəcək. Təlimin məqsədi ordulararası strateji əməkdaşlığı dərinləşdirmək və təhlükəsizlik təhdidlərinə cavab vermək qabiliyyətini gücləndirməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR