İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyaya görə HİMARS qurğularını HƏRƏKƏTƏ GƏTİRDİ

ABŞ Rusiya hərbi dəniz təlimləri ilə əlaqədar təcili olaraq öz qoşunlarını və HIMARS qurğularını Alyaskadakı Aleut adalarına köçürüb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı  "Business Insider" yayıb.

Nəşrin məlumatına görə, Şemya adasında, xüsusən də, uzaq mənzilli raketləri olan HIMARS qurğusu və əks batareya radarı yerləşdirilib.

Diviziya komandiri general-mayor Cozef Hilbert bildirib ki, əməliyyat ABŞ ordusunun Sakit okeanda “məharətlə və xəbərdarlıq etmədən qüvvələri hətta ən ucqar yerlərə köçürmək” qabiliyyətini nümayiş etdirir.

Qeyd edək ki, HIMARS buraxılış qurğusu müasir döyüş meydanının tələblərinə cavab vermək üçün hazırlanmış çevik və bir neçə növlü raketatan sistem və taktiki raket sistemidir. Bu sistem Amerikanın Lockheed Martin şirkəti tərəfindən işlənib hazırlanmış və istehsal edilmişdir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR