İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyanı İTTİHAM ETDİ - Nüvə sazişi pozulur?

Moskva ABŞ ilə Rusiya arasında nüvə silahlanmasının tənzimlənməsini nəzərdə tutan Yeni START sazişinə əməl etmir.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya Yeni START sazişi çərçivəsində öz ərazisində təftiş fəaliyyətlərini asanlaşdırmaq öhdəliyinə əməl etmir.

ABŞ Dövlət Departamenti Moskva administrasiyasını danışıqları ləğv etməkdə ittiham edib:

"Rusiya müfəttişlərinin ABŞ-a gəlib yoxlama aparmasında heç bir maneə yoxdur. Rusiya rəsmiləri danışıqlara yenidən başlamağa çağırırıq".

Qeyd edək ki, iki ölkə arasında nüvə arsenallarının məhdudlaşdırılması haqqında saziş ilk dəfə 2010-cu ildə imzalanıb və 2021-ci ildə başa çatıb, daha sonra isə 2026-cı ilə qədər uzadılıb. Bununla belə, Moskva administrasiyası ötən ilin avqustunda yoxlamaları dayandırdığını elan edib və ötən ilin noyabrında keçirilən Yeni START danışıqlarında iştirakdan imtina edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR