İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda danışıqlar aparacaq

Vaşinqton Rusiya və Ukrayna nümayəndələri ilə ayrı-ayrılıqda danışıqlar keçirməyi, daha sonra isə mümkün birgə görüş təşkil etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə NBC News mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ hakimiyyəti hər iki tərəflə bərabər səviyyədə dialoq aparmaq niyyətindədir.

“Biz ölüm hallarına son qoymaq və dayanıqlı sülhə nail olmaq istəyirik”, – deyə ABŞ administrasiyasının nümayəndəsi bildirib.

Bununla yanaşı, mənbə vurğulayıb ki, Ukrayna nümayəndə heyəti ABŞ və Rusiya arasında Səudiyyə Ərəbistanında keçiriləcək yaxınlaşan danışıqlara dəvət edilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR