Onlayn ictimai-siyasi qəzet
ABŞ Maliyyə Nazirliyi Rusiyanın sanksiya siyahısına salınmış “Arktik-SPQ-2” layihəsi çərçivəsində gizli hasil edilən mayeləşdirilmiş təbii qazın daşınmasında iştirak edən yeddi tankeri sanksiyalar siyahısına daxil edib.
Musavat.com nazirliyin açıqlamasına istinadən xəbər verir ki, siyahıda Asya Energy, Everest Energy, North Air, North Mountain, North Sky, North Way və Pioneer adlı tankerlər yer alıb.
Bu tankerlərdən əksəriyyəti Amerikanın sanksiyaları altında olan NOVATEK-in Arctic LNG 2 layihəsindən LNG daşıyan zaman müxtəlif mənbələr tərəfindən qeydə alınıb.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ