Onlayn ictimai-siyasi qəzet
Ermənistan hakimiyyəti ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qrantlarından məhrum olan qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini davam etdirmək üçün yeni yol tapıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin xəbərinə əsasən, bu təşkilatların maliyyələşdirilməsi dövlət vəsaiti hesabına deyil, hökumətə yaxın oliqarxların pulları ilə həyata keçiriləcək.
Qəzetin məlumatına görə, artıq hakimiyyətin yüksək eşelonlarında olan onlarla oliqarx Qərbin agentura şəbəkəsini maliyyələşdirməyə könüllü razılıq verib. Məqsəd – həmin təşkilatların maliyyə çətinliyi çəkmədən Paşinyan hakimiyyətini ölkədəki bütün media platformalarında müdafiə etməyə davam etməsidir.
Qeyd edək ki, ABŞ-ın yeni prezidenti və onun hökumət üzvü sayılan, Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask USAİD-i ləğv olunacağı ilə bağlı bəyanatlar veriblər.
Trampın 20 yanvar tarixində imzaladığı sərəncamla ABŞ-ın xarici yardımının əksər hissəsinin dondurulmasından sonra USAID-in yardım proqramlarının icrası dayandırılıb.
“Hraparak” artıq bəzi erməni təşkilatlarının USAID-in fəaliyyətinin dayandırılmasından sonra Ermənistan hökumətindən maliyyə itkilərinin kompensasiya olunmasını tələb edəcəyini yazıb.
Qəzet qeyd edib ki, bu təşkilatların maliyyələşdirilməsinin yaxın gələcəkdə bərpa olunması ehtimalı azdır və belə olan halda hökumət ayrı-ayrı QHT-lərin maliyyə problemlərini öz üzərinə götürə bilər.
Qeyd edək ki, 2024-cü ilin sentyabrında Ermənistan hökuməti USAID vasitəsilə ölkəyə ayrılan maliyyə yardımını 250 milyon dollara qədər artırmağa qərar verib. 29 iyun 2022-ci ildə Ermənistan və ABŞ arasında imzalanan qrant sazişinə əsasən, bu məbləğ 120 milyon dollar təşkil edib
USAID 1991-ci ildən etibarən Ermənistanda fəal fəaliyyət göstərib
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ