İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ prezidentliyə namizəd “Şimal axını”ndakı parrlayışa görə öz ölkəsini ittiham edib

Rusiyanın "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərində baş verən partlayışlar ABŞ üçün böyük səhv oldu, çünki xüsusilə Rusiya ilə Çin arasında münasibətlərin möhkəmlənməsinə səbəb verdi.

Musavat.com xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami  avqustun 31-də "Fox News" telekanalına müsahibəsində bildirib.

“Biz “Şimal axını” və “Şimal axını-2” boru kəmərlərini partlatmaqla Rusiyanı Qərbdən qoparmaqla səhv etmişik”, - o deyib.

 

Ramasvaminin fikrincə, Moskva ilə Pekin arasında münasibətlərin möhkəmlənməsi Vaşinqton üçün təhlükə kəsb edir.

Prezidentliyə namizəd müsahibəsində qələbə qazanacağı təqdirdə Rusiya ilə sövdələşəcəyini və döyüş xəttini donduracağını bildirib. Bundan əlavə, Ramasvami Ukraynanın NATO-ya qəbuluna əngəl olacağını deyib.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR