İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ömürlük məhbus-terrorçunu “Taliban”a təhvil verib

“Taliban” və ABŞ Donald Trampın andiçmə mərasimindən 24 saat keçməmiş əsir mübadiləsi aparıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-də ömürlük həbs cəzasına məhkum edilən Xan Məhəmməd Əfqanıstana qayıdıb. Bu barədə BMT-nin terror fəaliyyətinə görə sanksiyaları altında olan “Taliban” hərəkatının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, “Taliban”ın ABŞ ilə apardığı uğurlu məhbus mübadiləsi çərçivəsində 20 il əvvəl Nanqarhar əyalətində ələ keçirilmiş, Amerika məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş və Kaliforniya həbsxanasında cəza çəkən Xan Məhəmməd Əfqanıstana verilib.

Mübadilə Qətərin vasitəçiliyi ilə həyata keçirilib.

Əfqanıstan XİN-dən verilən məlumatda deyilir ki, Xan Məhəmməd Amerika vətəndaşları ilə dəyişdirilib.

CNN-in məlumatına görə, bu sövdələşmə əvvəllər müzakirə olunan mübadilə ilə bağlı deyil: Xristianlığı təbliğ etdiyinə görə həbs edilən Rayan Korbetin Quantanamo həbsxanasında saxlanılan Məhəmməd Əbdül-Rəhimlə mübadilə ediləcəyi güman olunurdu.

Bu dəfə hansı Amerika vətəndaşlarının azad edildiyi hələlik məlum deyil, lakin məlumatlara görə, “Taliban”ın əində üç Amerika vətəndaşı olub.

2,5 il əvvəl mühəndis Mark Frerixs əfqan narkobaron Bəşir Nurzayla dəyişdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR