İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ "ölmüş" Minsk Qrupunu diriltmək istəyir - yeni həmsədr təyin edib

"Ermənistan-Azərbaycan münaqişəsinin həlli ABŞ-ın dövlət katibi Entoni Blinken üçün böyük əhəmiyyət kəsb edir".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

O, dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə danışdığını və ABŞ-ın bu məsələ ilə fəal məşğul olmağa davam edəcəyini vurğulayıb. ABŞ rəsmisinin sözlərinə görə, ABŞ Dövlət Departamenti bu problemə böyük diqqət yetirir.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Lui Bononun səfir Filip Rikerin yerinə Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edilməsinə də toxunub.

“Cənab Bono ABŞ-ın Cənubi Qafqaza sülh və sabitlik gətirmək səylərinə rəhbərlik edəcək. O, həm də sələfləri kimi ABŞ-ı ATƏT-in Minsk Qrupunun həmsədri formatında təmsil edəcək. Bono mürəkkəb məsələlərlə bağlı böyük təcrübəyə malik yüksək səviyyəli diplomatdır. O, dövlət katibi Blinkenin və bütün administrasiyanın şəxsi etimadını qazanıb. Yəni, yeni rolunun öhdəsindən layiqincə gələ bilər”, - deyə Vedant Patel qeyd edib.

Dövlət Departamentinin rəsmisi Lui Bononun bölgəyə səfəri ilə bağlı hələlik konkret bir şey söyləyə bilməyəcəyini sözlərinə əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR