Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton Rusiya və Ukrayna arasında keçiriləcək birbaşa danışıqlarda iştirak etməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə BBC-nin Britaniya bürosu məlumat yayıb.
Bunun əvəzinə Entonun Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə ayrıca görüş keçirəcəyi bildirilir.
Görüşün detalları açıqlanmasa da, analitiklər bunu Vaşinqtonun danışıqlarda dolayı iştirak forması kimi qiymətləndirirlər. Bu, həm də ABŞ-ın Rusiya ilə münasibətlərdə xüsusi taktiki mövqe sərgilədiyinə işarə kimi qəbul edilir.
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ