İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Nümayəndələr Palatası büdcə layinəsini qəbul etdi –Senat hökuməti xilas edəcəkmi?

ABŞ Konqresinin Nümayəndələr Palatası hökumətin sentyabrın 30-dək maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Musavat.com ABŞ mətbuatına istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 217, əleyhinə 213 konqresmen səs verib.

"The Hill"in yazdığına görə, sənədin yuxarı palatada – Senatdan keçməsi böyük sual altındadır.

Çünki burada respublikaçılar cəmi 1 səslə üstünlüyə malikdirlər. Sənədin qəbul olunması üçün ən azı 7 demokrat senator da onun lehinə səs verməlidir. Cari maliyyələşdirmə müddəti beşinci gün Vaşinqton vaxtı ilə saat 23:59-da başa çatır.

Nəşr qeyd edir ki, Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi hökumətin ABŞ maliyyə ilinin sonuna, sentyabrın 30-na kimi maliyyələşdirilməsini, həmçinin hərbi xərclərin artırılması, qeyri-müdafiə xərclərinin isə azaldılmasını nəzərdə tutur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR