İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nı 3-cü Reyxlə müqayisə edən aktrisa məhkəmədə qalib gəlib

Amerikalı aktrisa və MMA döyüşçüsü Gina Karano məhkəmədə Disney korporasiyasına qarşı qələbə qazanıb.

Musavat.com xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Məhkəmə şirkətin Karanoya qarşı iddianın dayandırılmasını ləğv etmək tələbini rədd edib. Aktrisa “The Mandalorian” serialının çəkilişi üçün yenidən işə götürülməsini, həmçinin şirkətin ona 75 min dollar təzminat ödəməsini tələb edir. Karano qeyd edib ki, o, məhkəmənin qərarına görə mütəəssir olub və adının təmizlənəcəyinə ümid edir.

2021-ci ildə Disneyə məxsus “Lucasfilm” ulduz aktrisanın ABŞ-ni 3-cü Reyxlə (Hitler administrasiyası) müqayisə etdikdən sonra Karanodan imtina edib. Aktrisa açıq şəkildə bəyan edib ki, ölkədəki siyasi ab-hava 1930-cu illərdə nasistlərin hakimiyyətə gəlişindən sonra Almaniyada yəhudilərin təqibini xatırladır.

Buna cavab olaraq Karano şirkəti qeyri-qanuni ixtisar və cinsi ayrı-seçkilikdə ittiham edib. Aktrisa bildirib ki, kişi həmkarları da siyasi vəziyyətlə bağlı fikirlərini bölüşüb, respublikaçıları tənqid ediblər, ancaq kişi sənətçilərin ictimai açıqlamaları onların karyeralarına heç bir təsir göstərməyib, Karanonun sözləri isə nifrət yaratmaq cəhdi kimi qiymətləndirilib və nəticədə o, işdən qovulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR