İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ nəşri ötən il Rusiya qırıcısının Britaniya təyyarəsini “az qala vurmasından” yazıb

2022-ci ilin sentyabr ayının sonunda Rusiyanın “Su-27” qırıcısı Böyük Britaniyanın “RC-135” kəşfiyyat təyyarəsinin yaxınlığında raket atıb və onu az qala vurub.

“Report” xəbər verir ki, bu barədə Pentaqon və ABŞ kəşfiyyatından internetə sızan məlumatlara istinadən “The Washington Post” (WP) məlumat yayıb.

Bundan əvvəl, oktyabrın ortalarında Britaniyanın müdafiə naziri Ben Uolles insidentlə bağlı məlumat vermişdi. Nazir raket buraxılışını “potensial təhlükəli” adlandırıb, lakin bunu “texniki nasazlıq” ilə əlaqələndirib. Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı şərh verməyib.

Nəşrin məlumatına görə, Rusiyanın iki “Su-27”si sentyabrın 29-da “RC-135”i ələ keçirib və ona raket atıldıqdan sonra kəşfiyyat təyyarəsi az qala qəzaya uğrayacaqdı. Qəzetin əldə etdiyi sənədlərdə insident “demək olar ki, vurulmuş UK RJ” (Britaniya Hərbi Hava Qüvvələrinin “Rivet Joint” RC-135 – red.) kimi qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR