Onlayn ictimai-siyasi qəzet
ABŞ müdafiə naziri Pit Heqset maraqlı və bir qədər də artistik üslubda verdiyi açıqlamada bildirib ki, artıq Amerika ordusunda kiçik pilotsuz uçan aparatlarla (PUA) bağlı qərarların qəbul edilməsi üçün uzun-uzadı bürokratik prosedurlara ehtiyac olmayacaq.
Musavat.com xəbər verir ki, Heqsetin sözlərinə görə, əvvəllər PUA-ların alınması və sınaqdan keçirilməsi üçün geniş icazələr tələb olunurdu.
İndi isə polkovnik və kapitan rütbəsində olan zabitlər bu aparatları özləri ala və yoxlaya biləcəklər.
Nazir bildirib ki, məqsəd PUA-ların ABŞ ordusunda əsas silahlardan birinə çevrilməsi, lazım olduqda tez-tez istifadə edilməsi və hətta sıradan çıxdıqda belə xüsusi və bahalı texnika statusundan çıxaraq adi hərbi avadanlıq kimi qəbul olunmasıdır.
Beləliklə, ABŞ Müdafiə Nazirliyi pilotsuz uçan aparatların orduda daha geniş yayılmasına və döyüş çevikliyinin artırılmasına şərait yaratmağa çalışır.
Musavat.com
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ