İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ mövqeyini BƏLLİ ETDİ: Ned Praysdan Azərbaycan və Ermənistanla bağlı AÇIQLAMA

“Martın 5-də Qarabağda beş nəfərin ölümü ilə nəticələnən atışma ilə bağlı xəbərləri izləyirik”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays keçirdiyi növbəti brifinqdə bildirib.

“Biz martın 5-də Dağlıq Qarabağda 5 nəfərin ölümü ilə nəticələnən atışma ilə bağlı məlumatları izləyirik. Həlak olanların ailələrinə başsağlığı veririk. Münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir. Sülhün yeganə yolu danışıqlar masası arxasında oturmaqdır. Qafqaz məsələləri üzrə baş məsləhətçi Lui Bono dialoq və diplomatiyanınmünaqişənin həllinin yeganə yolu olduğunu vurğulamaq üçün regiondadır”, - deyə, Prays bildirib. Onun sözlərinə görə, tərəflər bununla bağlı özləri qərar verməlidirlər.

“Bu, tərəflərin özlərinin işidir və biz başqa vasitəçilik təklifinə qarşı çıxmayacağıq. Əslində, biz hər iki ölkə üçün vasitəçi yox, tərəfdaşıq. Düşünürəm ki, biz həm sözdə, həm də əməldə iki ölkəni yaxınlaşdıra biləcəyimizi göstərdik, həmçinin Azərbaycan v Ermənistan arasında münasibətlərdə irəliləyiş əldə etməyə yardım göstərməyə hazır olduğumuzu və istəyimizi nümayiş etdirdik”, - deyə, Dövlət Departamentinin spikeri bildirib.

“Biz bunu Moskva ilə rəqabət aparmaq üçün etmirik. Biz bunu razılığa gəlmək və iki ölkə arasında uzun sürən münaqişəni həll etmək üçün edirik. Təəssüf ki, münaqişə insanların canını almağa davam edir. Bizi burada ancaq sülh və təhlükəsizlik maraqlandırır. Bu, həm də Azərbaycan və Ermənistan xalqlarının maraqlarına uyğundur”,-deyə o, qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR