İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ MN: "Ukraynadakı döyüşlər Rusiya qüvvələri üçün strateji bataqlığa çevrilib"

“Rusiyanın Ukraynaya hücumları 233 gün əvvəl başlayıb. Artıq Ukraynadakı döyüşlər Rusiya qüvvələri üçün strateji bataqlığa çevrilib”.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ukrayna qoşunları qarşı tərəfin paytaxt Kiyev və Xarkov istiqamətində hücumlarının qarşısını ala biliblər:

“Ruslar Ukraynada mülki əhali və infrastruktur obyektlərinə raket zərbələri endirib. Yüksək səviyyəli müdafiə rəsmisi bu hücumların beynəlxalq müharibə qanunlarına zidd olduğunu bildirib. Ruslar Ukraynanın iri şəhərlərinə yüzlərlə raket atıblar”.

Həmçinin, bildirilib ki, Ukrayna qüvvələri raketləri vura bilirlər: "Lakin Kiyevin daha çox hava hücumundan müdafiə imkanlarına ehtiyacı var".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR