İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ məhkəməsindən Google-a 314 milyonluq zərbə

Kaliforniya ştatında münsiflər heyəti Amerikanın Google korporasiyasını istifadəçilərə 314 milyon dollar ödəməsinə dair qərar qəbul edib.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, qərar istifadəçilərin xəbəri olmadan Android cihazlarından mobil məlumatların istifadəsi ilə bağlı məhkəmə iddiası çərçivəsində qəbul edilib.

İddia 2019-cu ildə qaldırılıb. İttiham tərəfi iddia edib ki, Google "korporativ maraqlar üçün istifadə olunan", o cümlədən ünvanlı reklam yerləşdirərkən məlumat toplamaq üçün Android cihazı sahiblərinin mobil internet trafikindən qanunsuz istifadə edib.

Google israr edir ki, məlumatların toplanması istifadəçi razılaşmasına uyğun həyata keçirilib. Korporasiya münsiflər heyətinin hökmündən apellyasiya şikayəti verməyi planlaşdırır. Google sözçüsü Xose Kastaneda bildirib: "Bu qərar istifadəçilər üçün problemlər yaradacaq, çünki o, Android cihazlarının təhlükəsizliyi, performansı və etibarlılığı üçün lazım olan xidmətləri düzgün qiymətləndirməyib".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR