İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Maliyyə Nazirliyi Rusiya nefti üçün hədd qiymətinin qüvvəyə minməsinə dair qətnamə dərc edib

ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin bir bareli üçün 60 dollar səviyyəsinin ən üst hədd kimi qəbul olunduğu qərarın dekabrın 5-dən qüvvəyə minməsi ilə bağlı qətnamə dərc edib.

“Report” TASS-a istinadən xəbər verir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen tərəfindən imzalanmış müvafiq sənəd departamentin saytında yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl “Böyük Yeddilik”, Avropa İttifaqı ölkələri, eləcə də Avstraliya dekabrın 5-dən gəmiləri və əraziləri üçün dənizdə Rusiya neftinin barelinə 60 dollardan yuxarı qiymət tətbiq etməmək barədə razılığa gəlib. Bundan əlavə, 2023-cü il fevralın 5-dən etibarən parametrləri daha sonra müəyyən ediləcək neft məhsulları üçün ən üst hədd qiymətləri qüvvəyə minəcək. Rusiya neftinin Aİ ölkələrinə tədarükünə qoyulan embarqo ilə bağlı qərar qüvvədə qalıb və dekabrın 5-də də qüvvəyə minib, sadəcə, bu, “Drujba” neft boru kəməri ilə Macarıstan, Çexiya və Slovakiyaya yanacaq tədarükünə hələ təsir etməyəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR