İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresində Putin üçün lobbiçilik edənlər KİMLƏRDİR? - MARAQLI FAKTLAR

ABŞ Konqresində uzun illər təcrübəsi olan rus lobbiçiləri Ukraynaya silah verilməsinə qarşı qızğın şəkildə çalışırlar. Onlar bu il Konqresdə qüvvələr balansını dəyişmək niyyətindədirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Bir qrup ABŞ konqresmeni Baydendən Ukraynaya hərbi yardımı dayandırmağı tələb edən sənəd irəli sürüb. Bu, uzun müddət Putinin maraqlarından çıxış edən bir qrup respublikaçının növbəti addımıdır.

Putinin tərəfdarları Konqresə seçilən, yeni, radikal, mühafizəkar respublikaçılardır.

WhatsApp Image 2023-02-16 at 18.15.44 (1).jpeg (222 KB)

Lobbi Trampın prezidentliyi dövründə Konqresdə meydana çıxıb və onu Rusiya Federasiyası ilə əməkdaşlıq ittihamlarından müdafiə edib. Bir qayda olaraq, onlar “ağ irqin soyqırıma məruz qaldığı” nəzəriyyəsini, “seçki saxtakarlığı” şayiələrini və “ABŞ-ı idarə edən satanistlər” haqqında uydurma fikirləri yayan siyasətçilər sayılırlar.

Onların hamısı uzun illər Rusiyanın maraqlarına lobbiçilik ediblər. Məsələn, Tomas Messi Kremlə işlədiyini etiraf edən və mübadilədən sonra Dövlət Dumasının deputatı olmuş Mariya Butinanı müdafiə edib. Endi Biggs 2019-cu ildə ABŞ-ın NATO-dan çıxması prosedurunun sadələşdirilməsinin lehinə olub, Teylor Qrin isə 2022-ci ildə Ukrayna üçün hərbi yardımların göstəriləsinə qarşı çıxıb.

Qəzet ABŞ Konqresində Rusiya üçün lobbiçilik edən respublikaçı konqresmenlərin siyahısını da hazırlayıb.

Həmin konqresmenlər bunlardır: Tomas Messi, Teylor Qrin, Lui Qomert, Tomas Tiffani, Kley Higgins, Den Bişop, Medison Koutorn, Skot DeJarle, Bill Pouzi, Loren Bobert, Anna Luna, Met Rozendayl, Meri Miller, Barri Mur, Çip Roy, Qlen Qrotman, Ralf Norman, Pol Qosar, Endi Biqs, Skot Perri, Uorren Devidson.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR