Onlayn ictimai-siyasi qəzet
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bütün əməkdaşlarına öz istəkləri ilə işdən çıxmaları müqabilində 8 aylıq maaş məbləğində kompensasiya təklif olunub.
Musavat.com xəbər verir ki, bu barədə çərşənbə axşamı “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Bildirilir ki, yanvar ayında ABŞ-dakı əksər qeyri-hüquq-mühafizə federal orqanlarının əməkdaşları bu ehtimal barədə məlumatlandırılıblar. MKİ isə bu təşəbbüsün tətbiq edildiyi ilk kəşfiyyat xidməti olub. Bununla yanaşı, idarə yeni işçilərin işə qəbulunu da müvəqqəti dayandırıb.
WSJ-nin məlumatına görə, bəzi namizədlər artıq işə qəbul üçün dəvət alsalar da, MKİ rəhbərliyi onların təcrübəsinin Çinə qarşı fəaliyyət çərçivəsində yetərli olub-olmadığını nəzərdən keçirir və bəzilərinə imtina verilə bilər.
“Bloomberg” agentliyi isə xəbər verir ki, ABŞ federal hökumətinin 20 mindən çox əməkdaşı (ümumi dövlət qulluqçularının təxminən 1%-i) bu təklifdən yararlanaraq işdən çıxmağa razılaşıb. Gündəlik müraciətlərin sayı sürətlə artmaqda davam edir. ABŞ prezidenti Donald Tramp və İlon Mask bu təşəbbüslə federal işçi qüvvəsinin 10%-ə qədər azaldılacağına ümid edirlər. Agentliyin məlumatına görə, qərar qəbul etmək üçün son tarix 6 fevraldır və bu günə qədər müraciətlərin sayında kəskin artım gözlənilir.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ