İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ kəşfiyyatçısından İLGİNC SÖZLƏR: "Putin təqdirəlayiq səbr nümayiş etdirir"

Rusiya prezidenti Vladimir Putin təqdirəlayiq səbr nümayiş etdirir.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Bu sözləri ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skott Ritter deyib.

O, məşhur “Naturalist Capitalist” YouTube kanalına verdiyi müsahibədə onu da vurğulayıb ki, ABŞ 2008-ci ildən Putini təxribatlara çəkir. Eks-kəşfiyyatçının sözlərinə görə, Rusiya və ABŞ hökumətləri arasında kommunikasiyanın olmaması hazırda dünyada yaranmış gərgin vəziyyətə mənfi təsir göstərir. Eyni zamanda, "rusofobiya virusu"na yoluxmuş amerikalılar Ukraynada səslənən mifik qələbələrə inanaraq “ABŞ-ın Əfqanıstandakı əməliyyatları ilə bağlı əvvəlki situasiyaları təkrarlayırlarlar. Hansı ki, Kabildə heç nə qazanmadan geri çəkilmişdilər”.

Qeyd edək ki, Ritter əvvəllər də dəfələrlə ABŞ siyasətini və ölkəsinin Kiyevə yardımlarını tənqid edib. O, Ukraynadakı müharibə başa çatdıqdan sonra Rusiyanın dünyanın ən güclü ölkələrindən birinə çevriləcəyinə əmindir. Keçmiş kəşfiyyatçı həmçinin belə hesab edir ki, Vaşinqton Kiyevi məğlubiyyətə hazırlayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR