İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İsrailə hərbi yardım GÖNDƏRƏCƏK

ABŞ İsrailin əlavə hərbi yardım tələblərini nəzərdən keçirir və bunu bazar günü elan etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

“İsrailin etdiyi konkret əlavə tələbləri nəzərdən keçiririk. Düşünürəm ki, bu gün bu məsələ ilə bağlı xəbərlər eşidəcəksiniz”, - o deyib.

Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR