İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ institutu: "Vladimir Putin öz hakimiyyətinin sabitliyini itirəcəyindən narahatdır"

“Rusiyanın yüzminlərlə əsgəri səfərbər etmək, o cümlədən onlara hazırlıq keçmək, hərbçiləri texnika ilə təmin etmək imkanı yoxdur”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, müxtəlif mənbələrin proqnozuna görə, Rusiya Prezidenti Vladimir Putin səfərbərliyin növbəti dalğasını elan edə bilər: “Amma Putin öz hakimiyyətinin sabitliyini itirəcəyindən narahatdır. Ona görə də səfərbərliyi təxirə salır. Həmçinin səfərbərlik üçün lazımi texniki imkan yoxdur”.

Məlumata görə, Rusiya Ukrayna müharibəsində tanklarının yarısını itirib: “Rusiyanın döyüş sursatları tükənir. ABŞ sanksiyaları Rusiyanın itirilmiş hərbi texnikanı kompensasiya etmək imkanlarını məhdudlaşdırır. Sanksiyalar xüsusilə tank və təyyarə istehsalı üçün vacib komponentlərin çatışmazlığına səbəb olub”.

Qərb analitiklərinin fikrincə, 2022-ci ilin sentyabrında Rusiyada səfərbərlik elan olunduqdan sonra rusların ABŞ-a köçü sürətlənib.

Qeyd edək ki, daha əvvəl Britaniya və Ukrayna kəşfiyyatları Rusiyada səfərbərliyin növbəti dalğasının elan oluna biləcəyini açıqlamışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR