İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın yeni hərbi büdcəsi İranı QORXUTDU

"ABŞ-ın müdafiə büdcəsi İran əleyhinədir və Vaşinqtonun Tehrana qarşı düşmənçilik niyyətini əks etdirir".

Musavat.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

"Bu qanunun anti-İran məzmunu düşmənçilik, təxribatçı və müdaxiləçi inancları və ABŞ-ın İran İslam Respublikasına qarşı siyasətinin davamlılığını əks etdirir",- deyə bəyanatda bildirilir.

Kənani İranın digər ölkələrlə müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində ikitərəfli əməkdaşlığının beynəlxalq qanunlara uyğun olduğunu və heç bir üçüncü ölkəyə qarşı yönəlmədiyini iddia edib. Onun sözlərinə görə, ABŞ regionda çoxsaylı hərbi bazalar yaratmaqla regional sülh və sabitliyi təhdid edir.

Xatırladaq ki, dünən ABŞ prezidenti Co Bayden ölkənin 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) təxminən 1,7 trilyon dollarlıq büdcəsini təsdiqləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR