İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın yeni gərginlik ocağı yaratmaq strategiyası - Siyahıda Azərbaycan da var...

Amerikalılar nədənsə, Allah tərəfindən seçildiklərinə əmindirlər və inanırlar ki, “Birləşmiş Ştatlar dünyada xeyirxahlıq mənbəyidir”

ABŞ Qara dəniz, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik strategiyası hazırlayır. Ukrayna müharibəsində uduzacaqmış kimi görünən, tezliklə Suriyadan, hətta İraqdan Əfqanıstandakı kimi “aradan çıxmağa” hazırlaşan ABŞ indi yeni münaqişə və gərginliklər yaratmağa çalışır. Dövlət katibinin köməkçisi, ABŞ-ın Qərbi Balkanlar, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı siyasətinə cavabdeh olan Ceyms O'Brayen həftənin əvvəlində Almaniya Marşal Fondunda bu hazırlıqların anonsunu verib. 

O deyib ki, ABŞ Türkiyə və digər Qara dəniz ölkələri ilə danışıqlar aparılır, amma təfərrüatı açıqlamayıb. (Ola bilsin ki, Türkiyəyə qarşı ABŞ-ın yumşalma siyasəti, F-35-lə bağlı qərarı da bu strategiyanın işləməsi ilə bağlıdır) Ceyms O'Brayen onu da bildirib ki, son onilliklərdə Xəzər sahillərində və Mərkəzi Asiyada dəqiq strategiyası olmayan, özünü “Rusiya və ABŞ arasında” görən ölkələr olub.

turcziya.jpeg (731 KB)

“Bu, bizim təhlükəsizliyimiz, həm də həmin dövlətlərin sakinləri üçün ciddi problemdir” deyə, O'Brayen fikrini yekunlaşdırıb.

Ceyms O'Brayen ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı siyasətinə cavabdehdir, Azərbaycana münasibətdə də sərt xətt tərəfdarı kimi tanınır. Ötən yazıda da qeyd etmişdik ki, O'Brayenin mesajı Rusiyanın nüfuz edə bildiyi üç böyük regionu - Qara dəniz hövsəzi ölkələrini, Mərkəzi Asiya, eləcə də Azərbaycan, Ermənistan və Gürcüstanın olduğu Cənubi Qafqazı “silkələmək hazırlığı” kimi də qiymətləndirilə bilər. 

Ceyms O'Brayenın yeni strategiyada Vaşinqtonun hədəfini və şərtini də gizlətmir: ya ABŞ-ı, ya Rusiyanı seçmək lazımdır. Yəni əvvəlki illərdə olduğu kimi strategiyanın hədəfini “demokratiya”, “cəmiyyətin inkişafı”, “inteqrasiya”  kimi  bəzəkli sözlərlə bəzəməyə daha ehtiyac yoxdur...

ABŞ-ın Mərkəzi Asiya ölkələri ilə yeni dialoq formatı hələ 2015-ci ilin payızında başlayıb. 2015-ci ildə Səmərqənddə 5 Mərkəzi Asiya ölkəsinin xarici işlər naziri ilə ABŞ dövlət katibi arasında terrorizm, iqtisadiyyat və ətraf mühit məsələləri də daxil olmaqla təhlükəsizlik məsələlərini müzakirə etmək barədə razılığa gəliblər. Ötən ilin fevralında ABŞ dövlət katibi Entoni Blinkenin Mərkəzi Asiya ölkələrinə səfər edib.   

statuya-svobody-v-ssha-eto-chudo.jpg (740 KB)

Prezident Co Bayden isə ötən ilin sentyabr ayınında BMT sesssiyası çərçivəsində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşdü.  Prezidentlər “təhlükəsizlik, ticarət və investisiyalar, regional qarşılıqlı əlaqələr” müzakirə ediblər. Aydındır ki, ABŞ-ın əsas məqsədi bu bölgədə təkcə Rusiyanın deyil, o cümlədən Çinin və İranın da təsirlərini azaltmaqdır. Bu regionda amerikalılar sabitliyin pozulmasından daha çox faydalana bilərlər, çünki onların regionda uzunmüddətli konstruktiv gündəliyi və konkret maraqları yoxdur.  

627377_6_.jpeg (1.28 MB)

ABŞ Konqresi 2023-cü ildə Qara dəniz regionu üzrə strategiya hazırlayıb. Bu strategiyanın əsasını Rumıniyanın önə çıxarılması təşkil edirdi ki, ABŞ-ın ona həvalə etdiyi iki əsas strateji vəzifə Qara dənizdə Rusiyaya qarşı durmaq və Moskva-Belqrad geosiyasi oxunun yaranmasının qarşısını almaqdır. ABŞ ötən il hərbi gəmilərinin Qara dənizə keçməsinə nail olmaq, Rusiya üçün yeni gərginlik mənbəyi, o cümlədən Türkiyə qaz superhabına təhlükə yaratmaq üçün Ankaraya Montrö konvensiyasına yenidən baxılması üçün təzyiqlər etdi. Amma bu çabalar nəticə vermədi. Təbii ki, ABŞ Rumıniyanın Qara dəniz hövzəsində Türkiyəni tamamilə əvəz edə bilməyəcəyinin fərqindədir. Hərbi baxımdan Rumıniya Türkiyə ordusundan xeyli zəifdir. Bundan əlavə, Qara dənizin açarı olan boğazlar türklərin əlindədir. Türkiyə ilə razılaşmadan o regionda ciddi iş görmək olmaz.   

Cənubi Qafqaza gəlincə, ABŞ-ın son ilyarımda fəallaşan siyasəti daha çox Rusiyaya qarşı “ikinci cəbhə” açmaq niyyəti daşıyır. Vaşinqton gizlətmir ki, onlar Cənubi Qafqaza Rusiyaya qarşı “ikinci cəbhə” açmaq üçün tramplin kimi baxırlar. Bu sırada Ermənistan ABŞ-ın “ayağının altında donuz kəsməyə” hazır olsa da, Rusiyadan çəkinəcəkləri çoxdur, o səbəbdən Amerika hələ ki, Qafqazda yerini “isidə” bilmir. Gürcüstan əvvəlki kimi Qərb dairələrinin vədlərinə aldanmaqdan uzaq olsa da, Qərbə inteqrasiyaya özlərinin bildiyi yolla getməyə üstünlük verirlər, kənar fətvalara qulaq vermirlər. Azərbaycanın mövqeyi bəllidir, Qarabağda suverenliyin tam bərpasında sonra indi Bakıya əsas təzyiqlər sülh sazişi üzərindən və “insan haqları və dini azadlıqlar” üzərindən edilir. Bu “dəyərləndirmələr” isə ölkə daxilində heç bir  dəstək qazanmır. Qərb qərəzli və basqıçı mövqe tutduqca, Bakı da eyni sərtliklə reaksiya verir.  

0dd4acb5a0abd67cfd45e37556136ce8.jpg (232 KB)            

ABŞ-ın Alman Marşal Fondu haqda da bir xatırlatmanın yeri var. Vaxtilə Qarabağ üçün “Marşal həll variantı” da hazırlanmışdı  və qondarma “dqr”ə  muxtariyyət  verilməsi təklif edilirdi. Amerikalılar nədənsə, Allah tərəfindən seçildiklərinə əmindirlər və inanırlar ki, məşhur senator Con Makkeynin sözləri ilə desək, “Birləşmiş Ştatlar dünyada xeyirxahlıq mənbəyidir”. ABŞ-da buna misal olaraq adətən, hər iki dünya müharibəsini misal çəkir və deyirlər ki, amerikalılar hər iki dəfə Avropanı xilas etdi, hətta sonra da “Marşal planı”nın işə salaraq tez bir zamanda qitə ölkələrinin bərpasına kömək etdilər. Sonra da təəccüblə soruşurlar da: “Bəs, o halda niyə başqa ölkələr bizi sevmir?” Sanki unudulur ki, əslində Birləşmiş Ştatlar dünyada öz hökmranlığını qurmaq üçün hər iki dünya müharibəsinin incə şəkildə “alovlandırıcısı” olmuşdu...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR