Onlayn ictimai-siyasi qəzet
ABŞ hökuməti Sincan-Uyğur Muxtar Bölgəsində (SUMR) insan hüquqlarının pozulmasına görə Çindən daha 5 şirkətin məhsullarının idxalını qadağan edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı ABŞ Daxili Təhlükəsizlik Nazirliyi yayıb.
Məlumata görə, qara siyahıya Kashgar Construction Engineering (Group) Co. Ltd.; Sincan Habahe Ashele Copper Co. Ltd. (həmçinin Ashele Copper kimi tanınır); Xinjiang Tengxiang Magnesium Products Co. Ltd; Century Sunshine Group Holdings Ltd və Rare Earth Magnesium Technology Group Holdings Ltd. adlı şirkətlər əlavə edilib. Ümumilikdə bu qara siyahıya indiyədək 85 Çin firması salınıb.
Amerika administrasiyası Çin hökumətini Sincan-Uyğur Muxtar Bölgəsində insan haqlarını ciddi şəkildə pozmaqda və soyqırımda ittiham edir. 2021-ci ildən Uyğurların əməyinin istismar olunması yolu ilə əldə olunan məhsulların ABŞ-a idxalı qadağan olunmağa başlayıb.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ