İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Ukrayna siyasətində dərin xaos yaranmaqdadır...

ABŞ-ın siyasətində xaos elementləri getdikcə artır. Bu, həm daxili, həm də xarici siyasətə aiddir. Məsələn, Tramp USAID-i qapadır, federal məhkəmə bu qərarın icrasını dayandırır ki, qərəzlidir və kifayət qədər əsaslandırılmayıb.

Tramp Ukraynadan başqa bütün istiqamətlərdə xarici yardımları dayandırır, ölkədə ona qarşı ciddi təpkilər başlayır. Trampın rüsum və vergi siyasəti İsraildən başqa bütün müttəfiqlərlə münasibətləri gərginləşdirib.Vitse-prezident Vens Münhen konfransında dedi ki, Avropaya təhlükə Rusiya və Çindən yox, Avropanın öz içindən gəlir. Vensə görə, Avropa dəyərlərdən və demokratiyadan uzaqlaşıb. Almaniyanın müdafiə naziri Pistorias isə bu sözlərə görə Vensi ittiham etdi, dedi ki, Vens bizi avtoritar rejimlərlə qarışıq salır, bu, yolverilməzdir. Avropa ilə münasibətlərin sonunun necə olacağı bəlli deyil...

Ən dərin ziddiyyət və xaos elementləri Ukrayna siyasətində özünü göstərir. Trampın nümayəndəsi demişdi ki, Münhen təhlükəsizlik konfransında ABŞ-ın Ukraynaya dair həll planı açıqlanacaq. Açıqlanmadı.

Vitse-prezident Vens deyib ki, sülh danışıqları iflasa uğrasa, ABŞ Ukraynaya hərbi qüvvə göndərə bilər. Bunun əksinə olaraq müdafiə naziri Heqset Ukraynaya qoşun göndəriləcəyini istisna edir. Hansına üstünlük verək?..

Vitse-prezident Vens dedi ki, Ukraynanın itirilmiş əraziləri qaytarması və NATO üzvü olması real deyil. Bundan sonra Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun müavini Con Koul Reuters agentliyinə deyib ki, Ukraynanın 2014- cü il sərhədlərinə qayıtması və NATO üzvlüyünün mümkünlüyü ABŞ -da müzakirə olunur. Hansına inanaq?..

Tramp bir yanda Ukrayna üzrə Rusiya ilə danışıq aparan 4 nəfərdən ibarət qrup müəyyənləşdirir, o yandan isə Ukrayna üzrə nümayəndə Kit Kelloq bəyan edir ki, Zekenski və Putin şəxsən görüşüb danışmalı, hər biri nələrisə güzəştə getməli olduqlarını müəyyən etməlidirlər. Hansına inanaq? Putinlə danışığı kim aparacaq? Trampın 4 nəfərlik qrupu, ya Zelenski təklikdə? Məgər ABŞ - da bilmirlər ki, Putinlə Zelenskini üz - üzə danışıq masasına yox, ancaq boks - güləş

Bir yanda Ukrayna torpaqlarının Rusiyaya güzəşt ediləcəyinə eyhamlar vurulur, o yandan isə Ukrsynadan özləri də nələrsə qoparmağa çalışırlar...

Xaos davam edir...

QULİYEV.jpg (37 KB)

Aydın Quliyev,
"Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Fevral 2025

15 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR