İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Ukrayna ilə bağlı YENİ PLANI - 500 milyard dollarlıq fond

ABŞ Ukrayna ilə imzalayacağı yeni təbii sərvətlər razılaşmasında limanlar və digər infrastrukturdan əldə edilən gəlirlərin 50%-ni tələb edir.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Ukraynanın "NV.ua" nəşri isə iddia edib ki, sövdələşməyə limanlardan gələn gəlir daxil deyil.

Yeni razılaşmanın şərtləri əvvəlki variantdan daha sərtdir.

Nəşrin razılaşmanın üzərində işləyən mənbələrdən əldə etdiyi məlumatlara görə:

  1. ABŞ resursları idarə etmək üçün tam nəzarəti altında olan bir fond qurmağı təklif edir.
  2. Ukrayna fonda vəsaitin üçdə ikisini verir, lakin real pulla deyil, istehsaldan gələcək gəlirlərlə;
  3. Fondun həcmi 500 milyard dollar təşkil edir. ABŞ öz hissəsini artıq göstərilən hərbi yardımla sayır.
  4. Razılaşma tamamilə kommersiya xarakteri daşıyır və Ukraynaya heç bir təhlükəsizlik zəmanəti vermir.

Zelenskinin köməkçiləri onu Trampla gələcək münaqişələrdən qaçmaq üçün sazişi imzalamağa çağırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR