İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın sirlərini ifşa edən Daniel Ellsberq KİM İDİ və NİYƏ ÖLDÜ?

ABŞ-da “Pentaqon sənədləri” kimi tanınan və hökumətin Vyetnam müharibəsi ilə bağlı yalanlarını ifşa edən məxfi sənədləri üzə çıxaran müharibə əleyhdarı fəal Daniel Ellsberq vəfat edib. 

Bəs Pentaqonun sənədlərini sızdıran Daniel Ellsberq kimdir?

Musavat.com xəbər verir ki, Daniel Ellsberq 7 aprel 1931-ci ildə ABŞ-ın Çikaqo şəhərində anadan olub. 

O, RAND Corporation-da çalışdığı illərdə, 1971-ci ildə ABŞ hökumətinin Vyetnam müharibəsi ilə bağlı qərar qəbul etməsinə dair çox məxfi Pentaqon sənədlərini "The New York Times" və "The Washington Post" qəzetlərində dərc edərkən milli siyasi müzakirələri alovlandırıb.

Həmin sənədlərdə Vyetnamda müharibəyə hazırlığa dair önəmli detallar yer alıb. Sənədlərdən, həmçinin məlum olur ki, Vaşinqton administrasiyası döyüşlərin gedişi ilə bağlı həqiqəti gizlədib və ictimaiyyətə yanlış informasiyalar verib.

3000 (2).jpg (34 KB)

Ellsberq 1973-cü ilin yanvarında casusluq, oğurluq və sui-qəsd ittihamları ilə toplam 115 il həbs cəzasına məhkum edilib. Lakin ABŞ hökumətinin qeyri-qanuni sübutlar toplanması, həmçinin Harvard Hüquq Məktəbinin professoru Çarlz Nessonun müdafiəsi səbəbindən hakim Uilyam Metyu Börn 1973-cü ilin mayında Ellsberqə qarşı bütün ittihamları rədd edib.

Ellsberq 2006-cı ildə "Doğru Yaşam" mükafatına, 2018-ci ildə isə "dərin humanizm və qeyri-adi mənəvi cəsarətə" görə "Olof Palme" mükafatına layiq görülüb.

Daniel Ellsberq 1970-ci ildə yazıçı Patrisiya Marksla evlənib. Cütlüyün bu evlilikdən üç övladı olub.

Ailəsi tərəfindən verilən açıqlamada 92 yaşlı Daniel Ellsberqin Kaliforniyadakı evində mədəaltı vəzi xərçəngindən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Ellsberq sosial media hesabında martın 2-də ona mədəaltı vəzi xərçəngi diaqnozu qoyulduğunu və həkimlərimin 3-6 ay vaxt verdiyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR