İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ-ın müdafiə büdcəsi Tehrana qarşı düşmənçilik niyyətini əks etdirir”- İran XİN

“ABŞ-ın müdafiə büdcəsi İran əleyhinədir və Vaşinqtonun Tehrana qarşı düşmənçilik niyyətini əks etdirir”.

Azpost.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“Bu sənəd anti-İran məzmunludur və ABŞ-ın İslam Respublikasına qarşı siyasətinin davamıdır”, – Kənani deyib.

XİN rəsmisi qeyd edib ki, İran və digər ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində ikitərəfli əməkdaşlıq beynəlxalq qanunlara uyğundur və heç bir üçüncü ölkəyə qarşı yönəlməyib: “Eyni zamanda ABŞ regionda çoxsaylı hərbi bazalar yaratmaqla regional sülh və sabitliyi təhdid edir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR