İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın keçmiş səfiri Gülnarə Kərimovadan danışdı

ABŞ-ın Özbəkistandakı keçmiş səfiri Corc Krol öz xatirələrində Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun (1990-2016) qızı Gülnarə Kərimova ilə görüşündən danışıb.

Krol 2011-2014-cü illərdə Özbəkistanda səfir vəzifəsində çalışıb. Onun sözlərinə görə, Özbəkistanda qaldığı müddətin sonuna yaxın Kərimovlar ailəsinin çətin münasibətlərinə qarışıb.

O, bildirib ki, bir axşam, Yeni il gecəsi o vaxt ailə işlərindən uzaqlaşdırılan Gülnarə Kərimova ABŞ-da doğulmuş iki övladı ilə Amerika səfirliyinə gəlib:

""Versace" və "Gucci" geyinən Gülnarə həyatı və problemləri haqqında uzun hekayəyə başladı. Onun iki saatlıq yorucu monoloqunun sonunda ehtiyatla məndən nə istədiyini soruşdum. Sonra o, atası ilə görüş təşkil edə biləcəyimi soruşdu, onun dediyinə görə, anası, bacısı və Kərimovun ətrafındakı digər şəxslər onu görməyə icazə verməyiblər. Ertəsi gün əlaqə saxlamağı bacardım.

Bundan az sonra Gülnarə mənə sevincli xəbər göndərdi ki, görüş təyin olunub. Sonradan ondan öyrəndim ki, görüş o qədər də yaxşı keçməyib və atasının ona başmaq atması ilə bitib. Gülnarəni bir daha görmədim", - Corc Krol deyib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR