İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın İran üzrə xüsusi elçisi ölkədəki həbsdən yazdı

 

İranın molla rejiminin insan haqlarını pozan siyasəti sosial şəbəkələrdə dünya siyasətçiləri tərəfindən tənqid olunmağa davam edir.

Musavat.com xəbər verir ki, ABŞ-ın İran üzrə xüsusi elçisi Robert Melli qeyd edib ki, Tumac Salehiyə həbsdə edilən rəftarla bağlı xəbərləri diqqətlə izləyirik. O, dərhal azadlığa buraxılmalı və lazımi tibbi yardımla təmin edilməlidir.

“Amnesty International” təşkilatı isə vurğulayıb ki,  İranda qadınlar etiraz əlaməti olaraq başıaçıq şəkildə ictimaiyyət qarşısına çıxırlar.

İran əsilli britaniyalı jurnalist Vahid Beheşti: “Aclıq aksiyasının 44-cü günü - Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi qarşısında hökuməti SEPAH-ı terror təşkilatı elan etməyə çağırıram. Əminəm ki, baş nazirimiz cənab Rişi Sunak yaxşı bilir ki, demokratiya vətəndaşlara məhəl qoymamaq demək deyil. Xüsusən də ölkəsinin yaxşılığı üçün hər şeyini riskə atmağa hazır olan bir vətəndaş varsa. Bu böyük məqsədə nail olana qədər burada qalacağam”.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR