İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ generalı: Rusiya qalib gəlməyəcək

General Milli Rusiyanın Ukrayna üzərində qələbəsini istisna edib.

Musavat.com xəbər verir ki, ABŞ Baş Qərargah rəisi Mark Milli bu barədə mətbuat konfransında deyib. 

"Rusiya bu müharibədə qalib gəlməyəcək. Rusların qarşılarına qoyduqları bütün məqsədlər havada yox oldu. Ola bilsin ki, Putinin indi Donetsk və Luqansk vilayətlərini ələ keçirmək məqsədi var, lakin bu məqsədlərə nail olmaq mümkün deyil. Ukraynanın strateji məqsədləri isə bütün ərazilərini azad etməkdir, bu isə yaxın vaxtlarda mümkün olmayacaq. Çünki hazırda Ukrayna ərazisində yüz minlərlə rus əsgəri var”, - Milli deyib.

ABŞ generalının sözlərinə görə, tərəflər danışıqlar masası arxasında razılığa gələ bilərlər, əks halda hər şey döyüş meydanında həll olunacaq.

Milli vurğulayıb ki, bu ssenarilərdən biri baş verənə qədər ABŞ müttəfiqləri ilə birlikdə Ukraynaya əzmlə kömək etməyə davam edəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR