İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Femidasına Hanter zərbəsi - Oğul Bayden ağır cəzadan yayndırılır

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenin "federal gəlir vergisini ödəməmək və qanunsuz silah saxlamaq" ittihamı üzrə təqsirli bilindiyi bildirilir.

Musavat.com xarici mediaya istnadla bildirir ki, Ədliyyə departamenti ilə sövdələşən Hanter Bayden Delaver dairə məhkəməsində ona qarşı irəli sürülən vergi ittihamları və qanunsuz silah saxlama ilə bağlı üç federal ittihamı boynuna alacaq.

Bildirilir ki, bu razılaşma ilə prokurorlar 53 yaşlı Hanter Baydenə həbs cəzasından yayınmaqla sınaq müddəti təklif edəcəklər.

Hanter Baydenin razılaşması respublikaçıların, xüsusilə ABŞ-ın keçmiş prezidenti Donald Trampın reaksiyasına səbəb olub.

“Məxfi sənədlər” işi üzrə 37 cinayət maddəsi ilə mühakimə olunan Tramp özünün sosial media saytı olan TruthSocial-dakı paylaşımında Hanter Baydenin Ədliyyə Nazirliyi ilə razılaşması barədə yazıb: “Baydenin korrupsiyalaşmış Ədliyyə departamenti Hanter Baydenə yüz illik cinayət məsuliyyətini ortadan qaldıraraq ona sadəcə “yol bileti” verdi. Sistemimiz nasazdır”. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR