İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Əsədə tətbiq olunan sanksiyaları ləğv edir – Reuters ŞOK XƏBƏR YAYDI

Musavat.com-un topladığı məlumata görə, ABŞ, Bəşər Əsədə tətbiq olunan sanksiyaların ləğvini müzakirə edir.

Məqsəd Suriyanı Rusiya və İrandan uzaqlaşdırmaqdır. Reuters xəbər verir ki, sözügedən sanksiyalar 2011-ci ildəki vətəndaş müharibəsi zamanı tətbiq olunub və onların müddəti bu il dekabrın 20-də başa çatır.

Agentliyin məlumatına görə, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında keçirilən danışıqlarda Suriya prezidenti Bəşər Əsədin öz himayədarlarından uzaqlaşması və Livan “Hizbullah”ına silah tədarükünü dayandırması qarşılığında sanksiyaların ləğvi məsələsi müzakirə olunub.

“ABŞ və BƏƏ arasında aparılan son danışıqların bir hissəsi, mövcud sanksiyaların müddətinin başa çatmasına imkan vermək və onları uzatmamaqla bağlı olub,” — deyə Reuters məlumat yayıb.

 

Musavat.com

Screenshot_3.png (285 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR